Əfqanıstanda yüzlərlə insan naməlum infeksiyaya yoluxub

Əfqanıstanda yüzlərlə insan naməlum infeksiyaya yoluxub Əfqanıstanın cənubundakı Zabul əyalətində azı 200 nəfər naməlum infeksiyaya yoluxub.
Digər ölkələr
19 May , 2022 04:08
Əfqanıstanda yüzlərlə insan naməlum infeksiyaya yoluxub

Əfqanıstanın cənubundakı Zabul əyalətində azı 200 nəfər naməlum infeksiyaya yoluxub.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Sübh” qəzeti “Taliban” radikal hərəkatının əyalətin səhiyyə idarəsinə rəhbər təyin etdiyi Abdul Hakimiyə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, onlarla insan müalicə olunmaq üçün artıq əyalətin inzibati mərkəzi olan Kalat şəhərinin tibb müəssisələrinə köçürülüb. Qeyd edilir ki, bəzi xəstələrin vəziyyəti ağırdır.

A.Hakimi əlavə edib ki, xəstələrə dəqiq diaqnoz hələ qoyulmayıb, lakin əlamətlər vəba xəstəliyinə bənzəyir.

Qəzetin yazdığına görə, yerli həkimlər kütləvi xəstəliyin əsas səbəbinin gigiyena qaydalarına riayət edilməməsi olduğunu düşünürlər.

Son xəbərlər

Orphus sistemi