Əfqanıstanda ABŞ HHQ-nin bazası atəşə tutulub

Əfqanıstanda ABŞ HHQ-nin bazası atəşə tutulub Əfqanıstanın Pərvan əyalətindəki Bəhram yaşayış məntəqəsi yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin eynidadlı aviabazasına bu səhər dörd raket zərbəsi endirilib
Digər ölkələr
19 Dekabr , 2020 13:12
Əfqanıstanda ABŞ HHQ-nin bazası atəşə tutulub

Əfqanıstanın Pərvan əyalətindəki Bəhram yaşayış məntəqəsi yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin eynidadlı aviabazasına bu səhər dörd raket zərbəsi endirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli “TOLO News” telekanalı məlumat verib.

Valinin sözçüsünün verdiyi məlumata görə, raketlər Kalandarxil rayonundan atılıb. Polis raket atəşlərinin həyata keçirildiyi kiçik platformada yerləşdirilmiş on BM-12 raketinin aşkarlandığını bildirib. Hüquq-mühafizə orqanları digər raketlərdən atəş açılmasının qarşısını ala bilib.

Eyni zamanda yerli “1TV News” telekanalı NATO nümayəndəsinin insidentin gerçəkliyini təsdiqlədiyini və ilkin məlumatlara görə, hücum nəticəsində heç kimin xəsarət almadığını söylədiyini bildirib.

Hələlik ölkədə fəaliyyət göstərən qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi