Əfqanıstanda ABŞ-a məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb

Əfqanıstanda ABŞ-a məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ-a məxsus C-130J tipli Herkules təyyarəsi Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində aerodromda qəzaya uğrayıb.
Digər ölkələr
3 Oktyabr , 2018 18:00
Əfqanıstanda ABŞ-a məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ-a məxsus "C-130J" tipli "Herkules" təyyarəsi Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində aerodromda qəzaya uğrayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, qəzada altı ekipaj üzvü və 5 mülki şəxs ölüb.

Onlar NATO-nun Əfqanıstandakı missiyasının əməkdaşları olublar. "Taliban" hərəkatının nümayəndələri təyyarənin onlar tərəfindən vurulduğunu bəyan ediblər.

ABŞ hərbi komandanlığı isə yaraqlıların bəyanatını təsdiqləməyərək qəzanın səbəblərinin araşdırıldığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi