Əfqanıstanda 60 nəfər leysan yağışların qurbanı olub

Əfqanıstanda 60 nəfər leysan yağışların qurbanı olub Bakı. 5 mart. REPORT.AZ/ Əfqanıstanın cənubunda son bir neçə gün ərzində davam edən leysan yağışlar və daşqınlar təxminən 60 nəfərin həyatına son qoyub, 140-dan çox insan zərər çəkib.
Digər ölkələr
5 Mart , 2019 23:08
Əfqanıstanda 60 nəfər leysan yağışların qurbanı olub

Bakı. 5 mart. REPORT.AZ/ Əfqanıstanın cənubunda son bir neçə gün ərzində davam edən leysan yağışlar və daşqınlar təxminən 60 nəfərin həyatına son qoyub, 140-dan çox insan zərər çəkib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı ölkənin Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə İdarəsi üzrə dövlət naziri Naqib Aka Hakimə istinadən xəbər verib.

Nazir qeyd edib ki, Qəndəhar, ZabulFarah vilayətlərində minlərlə zərərçəkmiş ailəyə təcili kömək göstərilib.

Daha əvvəl təbii hadisə nəticəsində 20 nəfərin həlak olduğu, 10 nəfərin itkin düşdüyü bildirilib. Qeyd edək ki, həmin vilayətlərdə infrastruktura da ciddi ziyan dəyib. Təkcə Qəndəhar şəhərində 60-a yaxın ev dağılıb və ya ziyan çəkib.

Son xəbərlər

Orphus sistemi