Bakı. 11 yanvar. REPORT.AZ/ Əfqanıstanda sutka ərzində terrorçu İŞİD qruplaşmasının 50 üzvü öldürülüb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçulardan bir qismi ölkənin şərqindəki Nanqarhar vilayətində "Taliban" silahlıları tərəfindən qətlə yetirilib.
12 "İŞİD" üzvü isə ABŞ-ın Pilotsuz Uçan Aparatlarının endirdiyi hava zərbələri nəticəsində zərərsizləşdirilib.