Yuxarı

​Əfqanıstanda 30 xəzəri qaçırılıb

Onların oğurlanmasının məsuliyyətini üzərinə götürən yoxdur

Bakı. 24 fevral. REPORT.AZ/ Əfqanıstanda naməlum şəxslər 30 xəzərini oğurlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökuməti bildirib.

Polisin məlumatına görə, naməlum silahlı maskalılar ölkənin Zabul əyalətində sərnişinlə dolu iki avtobusu dayandıraraq kişiləri aparıb, qadın və uşaqları isə maşınlarda saxlayıblar.

Xəzərilərin oğurlanmasının məsuliyyətini üzərinə götürən yoxdur.

Məlumata görə, son zamanlar xəzərilərə qarşı basqınların sayı artıb.

Xatırladaq ki, "Taliban" hərəkatı Əfqanıstana nəzarət edən illərdə xəzərilər qətliama məruz qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi