Əfqanıstanda 30-dan çox yaraqlı məhv edilib

Əfqanıstanda 30-dan çox yaraqlı məhv edilib Öldürülən yaraqlılar arasında dörd səhra komandiri və iki Tacikistan vətəndaşı var
Digər ölkələr
9 Dekabr , 2017 23:54
Əfqanıstanda 30-dan çox yaraqlı məhv edilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətində xüsusi təyinatlı qüvvələrin apardığı əməliyyat zamanı aralarında xarici ölkə vətəndaşları da olmaqla azı 31 nəfər məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü hərbi mənbələrə istinadən "Khaama Press" agentliyi məlumat yayıb.

Ordu nümayəndəsinin sözlərinə görə, əməliyyat cümə günü axşam İmam Sahib rayonu ətrafında aparılıb. Öldürülən yaraqlılar arasında dörd səhra komandiri və iki Tacikistan vətəndaşı var.

Son xəbərlər

Orphus sistemi