​Əfqanıstanda 3 ABŞ hərbçisi həlak olub

​Əfqanıstanda 3 ABŞ hərbçisi həlak olub İlkin məlumatlara görə, onları əfqan əsgər güllələyib
Digər ölkələr
30 Yanvar , 2015 08:02
​Əfqanıstanda 3 ABŞ hərbçisi həlak olub

Bakı. 30 yanvar. REPORT.AZ/ Müqavilə əsasında xidmət çəkən 3 Amerika hərbçisi Kabil hava limanına hücum nəticəsində qətlə yetirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Amerika və əfqan hərbi məmurları məlumat veriblər.

İlkin məlumatlara görə, onları əfqan əsgər güllələyib. İnsident araşdırılır.

Bundan əvvəl, Əfqanıstan hakimiyyəti yaraqlıların Laqman əyalətinə hücum etməsi nəticəsində 16 nəfərin qətlə yetirildiyi barədə məlumat yayıb. Onlardan 12 nəfəri dəfn mərasimi zamanı kamikadzenin hücum etməsi, digər dörd nəfər isə ondan əvvəl baş verən partlayış nəticəsində dünyalarını dəyişmişdilər.

Son xəbərlər

Orphus sistemi