​Əfqanıstanda 29 terrorçu zərərsizləşdirilib

​Əfqanıstanda 29 terrorçu zərərsizləşdirilib Terrorçulara aid ərzaq saxlanılan yer, motosikletlər və s. məhv edilib
Digər ölkələr
30 May , 2016 09:58
​Əfqanıstanda 29 terrorçu zərərsizləşdirilib

Bakı. 30 may. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Bağlan və cənubundakı Qəndəhar əyalətlərində quru və havadan keçirilən aniterror əməliyyatı nəticəsində 29 terrorçu zərərsizləşdirilib.

"Report" "KHAAMA Press" agentliyinə istindən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bağlanın mərkəzi rayonunun ətrafında azı 18 silahlı, Qəndəharın Şahvəli Kot bölgəsində isə 11 terrorçu zərərsizləşdirilib. Bundan başqa, terrorçulara aid ərzaq saxlanılan yer, 4 daşıma vasitəsi, 5 motosiklet, bir ədəd "DSHK" tipli ağır pulemyot, bir ədəd "MK-19" avtomatik qumbaraatan məhv edilib. 

Son xəbərlər

Orphus sistemi