​Əfqanıstanda 17 terrorçu zərərsizləşdirilib

​Əfqanıstanda 17 terrorçu zərərsizləşdirilib ABŞ-ın Əfqanıstandakı hərbi rəhbərliyi hadisə ilə bağlı açıqlama verməyib
Digər ölkələr
9 Yanvar , 2016 17:13
​Əfqanıstanda 17 terrorçu zərərsizləşdirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının Əfqanıstanın Pakistanla sərhədində yerləşən Nanqarxarn əyalətindəki mövqelərinə ABŞ-ın Pilotsuz Uçan Aparatlarının endirdiyi hava zərbələri nəticəsində 17 terrorçu zərərsizləşdirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda əyalət başçısının mətbuat xidməti bildirib.

Məlumata görə, İŞİD silahlıları "Taliban" hərəkatının 7 üzvünü edam etməyə hazırlaşarkən aviazərbə endirilib.

Bombardman nəticəsində iki mülki şəxs də yaralanıb.

ABŞ-ın Əfqanıstandakı hərbi rəhbərliyi hadisə ilə bağlı açıqlama verməyib.

2015-ci ilin yanvarında İŞİD-in Xorasan bölməsi ilə "Taliban" hərəkatının silahlıları arasında toqquşma baş verib.

Qeyd edək ki, ötən ilin yanvarında İŞİD-in bu bölməsi Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərir. Onların 3 minədək silahlısı olduğu bildirilib. Bu terrorçu qruplaşmanın Əfqanıstanda radiostansiyası fəaliyyət göstərir.  

Son xəbərlər

Orphus sistemi