Bakı. 24 dekabr. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Vardak əyalətinə endirilən hava zərbələri nəticəsində azı 15 "Taliban" yaraqlısı məhv edilib.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinə istinadən "Sinxua" məlumat yayıb.
Öldürülən taliblər sırasında bir səhra komandiri də var. Hədəfə alınan yaraqlılar yüksək gərginlikli elektrik xəttinə zərər vurulmasına görə məsuliyyətli olublar.