Əfqanıstan XİN yaxınlığındakı partlayışda ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB-2

Əfqanıstan XİN yaxınlığındakı partlayışda ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB-2 Əfqanıstanın paytaxtı Kabulda Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış olub.
Digər ölkələr
11 Yanvar , 2023 18:07
Əfqanıstan XİN yaxınlığındakı partlayışda ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB-2

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin (XİN) yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin arasında nazirliyin əməkdaşları da var.

16:47

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin (XİN) yaxınlığında baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. 

“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, terrorçu-kamikadze Kabilin mərkəzində yerləşən radikal “Taliban” hərəkatının qurduğu Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd edib. 

“Terrorçu-kamikadze nazirliyə girməyə cəhd edib, lakin təhlükəsizlik orqanları onu binanın qapısının qarşısında aşkar edib. Bundan sonra terrorçu özünü partladıb”, - “Taliban” hökumətində Baş nazirin ofisinin rəhbərinin müavini Əhmədullah Müttəki tviter səhifəsində məlumat verib.

15:59

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında partlayış törədilib.

“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Partlayışdan sonra atəş səsləri eşidilib.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi