G20-lərin Əfqanıstan üzrə görüşünün vaxtı məlum olub

G20-lərin Əfqanıstan üzrə görüşünün vaxtı məlum olub Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Əfqanıstandakı vəziyyətlə bağlı böyük iyirmilik (G20) ölkələrinin toplantısı planlaşdırılır.
Digər ölkələr
18 Sentyabr , 2021 00:50
G20-lərin Əfqanıstan üzrə görüşünün vaxtı məlum olub

Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Əfqanıstandakı vəziyyətlə bağlı "Böyük iyirmilik" (G20) ölkələrinin toplantısı planlaşdırılır.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Hazırda görüşün formatı üzərində iş aparılır.

Qeyd edək ki, "Böyük iyirmilik" ölkələri qrupuna daxil olan dövlətlərin Əfqanıstanda baş verənlərlə bağlı sammitinin keçirilməsi təşəbbüsü ilə İtaliyanın Baş naziri Mario Draqi çıxış edib.

O, bu təşəbbüsü avqustun 19-da, “Taliban” Əfqanıstanın paytaxtı Kabili ələ keçirdikdən 4 gün sonra irəli sürüb.

Son xəbərlər

Orphus sistemi