Əfqanıstan təhlükəsizlik qüvvələri sutka ərzində 40-dan çox yaraqlını öldürüb

Əfqanıstan təhlükəsizlik qüvvələri sutka ərzində 40-dan çox yaraqlını öldürüb Əməliyyatlar nəticəsində 42 yaraqlı öldürülüb, 36 yaraqlı yaralanıb və 9 yaraqlı isə saxlanılıb
Digər ölkələr
29 Dekabr , 2016 12:49
Əfqanıstan təhlükəsizlik qüvvələri sutka ərzində 40-dan çox yaraqlını öldürüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Əfqanıstanda ötən gün ərzində "Taliban" radikal hərəkatının azı 42 yaraqlısı öldürülüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, milli müdafiə və təhlükəsizlik xidmətinin apardığı əməliyyatlar nəticəsində 42 yaraqlı öldürülüb, 36 yaraqlı yaralanıb və 9 yaraqlı isə saxlanılıb.

Milli müdafiə və təhlükəsizlik xidməti, həmçinin silah-sursat ələ keçirib və 25 mina zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi