Əfqanıstan hərbçiləri 19 nəfəri İŞİD əsirliyindən azad edib

Əfqanıstan hərbçiləri 19 nəfəri İŞİD əsirliyindən azad edib Əfqanıstan Silahlı Qüvvələri ölkənin şərqindəki Nəngərhar vilayətində əməliyyat aparıb
Digər ölkələr
31 Oktyabr , 2016 14:54
Əfqanıstan hərbçiləri 19 nəfəri İŞİD əsirliyindən azad edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələrinin hərbçiləri İŞİD terror qruplaşmasının silahlıları tərəfindən əsir götürülmüş 19 dinc sakini azad edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Əfqanıstan hərbçilərinin ərazilərin İŞİD terrorçularından təmizlənməsi məqsədilə keçirdiyi əməliyyat ölkənin şərqindəki Nəngərhar vilayətində aparılıb.

Məlumata görə, azad edilən 19 əsir arasında uşaqlar da var. Uşaqlar ailələrinə qaytarılıblar.

Bundan əlavə, əməliyyat çərçivəsində Açin rayonunda 11 İŞİD silahlısı zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi