Yuxarı

Əfqanıstan prezidenti xəbərdarlıq etdi: "Əl-Qaidə dirçəlir"

Bu barədə Qani CNN telekanalına müsahibəsində deyib

Bakı. 22 yanvar. REPORT.AZ/ Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani bəyan edib ki, "Əl-Qaidə" terror qruplaşması bölgədə təsirini artırıb. "Report" xəbər verir ki, bu barədə M.Ə.Qani CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda terrorçular bir çox ölkədən Əfqanıstana axın edir. "Rusiya, Çin, Özbəkistan, Tacikistan və Yaxın Şərq dövlətlərindən ölkəmizə gələn terrorçular var. Düzdür, 2015-ci ilin əvvəlində biz hesab edirdik ki, "Əl-Qaidə" çöküb. Ancaq indi başa düşürük ki, bu heç də belə deyil", - deyə dövlət başçısı vurğulayıb.

M.Ə.Qani onu da qeyd edib ki, terrorçular hazırda əhali ilə qarşıdurmadan çəkinir, ancaq bununla belə Əfqanıstan ərazisindən istifadə edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi