Yuxarı

​Əfqanıstan polisi 80 nəfəri taliblərin girovluğundan azad edib

Bununla belə, iki nəfər hələ də əsirlikdə qalmaqdadır

Bakı. 8 fevral. REPORT.AZ/ Əfqanıstanın polis əməkdaşları "Taliban" terrorçuları tərəfindən ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətində oğurlanan 80 nəfəri uğurlu əməliyyat nəticəsində azad edib.

"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, terrorçular bazar günü içərisində dinc sakinlərin olduğu iki avtobusu saxlayaraq oradakı bütün insanları oğurlayıblar.

Polis girov götürülən insanların axtarışı və azad edilməsi üzrə əməliyyata başlayıb. Bir neçə saatdan sonra o uğurla başa çatdırılıb. Bununla belə, onların bildirdiyinə görə, iki nəfər hələ də taliblərin girovluğunda qalmaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi