​Əfqanıstan parlamentinin yaxınlığında partlayış və atışma olub

​Əfqanıstan parlamentinin yaxınlığında partlayış və atışma olub Hadisənin məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb
Digər ölkələr
22 İyun , 2015 12:02
​Əfqanıstan parlamentinin yaxınlığında partlayış və atışma olub

Bakı. 22 iyun. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda parlamentin binası yaxınlığında partlayış baş verib, atışma olub.

"Report" xəbər verir ki, bu haqda "al-Jazzira" məlumat yayıb.

Xəbərə görə, dalbadal baş verən partlayış parlamentin binasında titrəyiş yaradıb. Məclisin binasındakılar təxliyyə edilib. İclas zalı isə tüstü ilə dolub. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Hələlik partlayış və atışma nəticəsində ölən, yaxud xəsarət alanlar barəsində məlumat yayılmayıb.

Hadisənin məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi