Bakı. 22 iyun. REPORT.AZ/ Əfqanıstan polisi parlamentə hücum edən "Taliban" hərəkatının 6 silahlısını zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Xəbərə görə, ölkə parlamentinin binasına terrorçuların hücumu nəticəsində 5-i qadın, 3-ü uşaq olmaqla 21 dinc sakin yaralanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında "Taliban" hərəkatının silahlıları Əfqanıstan parlamentinin yaxınlığında partlayış törədib, binaya hücum edib.