Əfqanıstan ordusu "Taliban"ın hücumunu dəf edib, 20 yaraqlı öldürülüb

Əfqanıstan ordusu "Taliban"ın hücumunu dəf edib, 20 yaraqlı öldürülüb Qarşıdurma zamanı ən azı 16 yaraqlı yaralanıb
Digər ölkələr
25 Aprel , 2016 11:31
Əfqanıstan ordusu Talibanın hücumunu dəf edib, 20 yaraqlı öldürülüb

Bakı. 25 aprel. REPORT.AZ/ Əfqanıstan ordusu "Taliban" radikal hərəkatının yaraqlılarının ölkənin qərbindəki Fərah vilayətində yerləşən hərbi bazaya hücumunu dəf edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qarşıdurma zamanı 20 yaraqlı öldürülüb.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, hücumun qarşısı Əfqanıstan Hərbi Hava Qüvvələrinin dəstəyi ilə alınıb. Eyni zamanda, qarşıdurma zamanı ən azı 16 yaraqlının yaralandığı bildirilib. Əfqanıstan hərbçiləri arasında itkilər haqqında məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi