Yuxarı

​Əfqanıstanda NATO-nun avtomobil karvanına hücum olub

İtki barədə məlumat yoxdur

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən gün terrorçu-kamikadze Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində NATO-nun maşın karvanına hücum edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi regional idarəsinin rəsmi nümayəndəsi Hüseyn Maşrikvala istinadən "Khaama Press" yerli informasiya agentliyi məlumat yayıb.

İnsident Cəlalabad və Torkham şəhərləri arasında qeydə alınıb. Ekstremist özünü alyans hərbçilərinin olduğu karvanın yanında partladıb. İtki barədə hələ məlumat verilmir.

Hücuma görə məsuliyyəti "Taliban" terror hərəkatı öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi