Əfqanıstanın paytaxtı Kabildə müdafiə naziri general Bismilla Xan Məhəmmədinin evinə edilən hücum zamanı ölənlərin sayı 8 nəfər çatıb.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Əfqanıstanın paytaxtı Kabildə müdafiə naziri general Bismilla Xan Məhəmmədinin evinə edilən hücum zamanı 4 nəfər ölüb, onlarla insan yaralanıb.
“Report”un məlumatına görə, bu barədə "Agence France-Presse" təhlükəsizlik xidmətlərindəki mənbəyinə istinadən xəbər verir.
"Dörd nəfər ölüb, iyirmi nəfər yaralanıb", - təhlükəsizlik xidmətinin əməkdaşı agentliyə bildirib. Eyni zamanda, söhbətin hücum edənlərdən və ya mülki şəxslərdən getdiyi məlum deyil.
Agentlik Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanekzaya istinadən nazirin evinə hücum edənlərin hamısının öldürüldüyünü bildirib.
Daha əvvəl, “RİA Novosti”nin hadisə şahidinə və Kabil polisindəki mənbəyə istinadən məlumatına görə, Əfqanıstanın müdafiə nazirinin Kabildəki evinin yaxınlığında avtomobil partladılıb və bundan sonra bir neçə silahlı şəxs onun evinə girib. Məhəmmədi nə özünün, nə də ailə üzvlərinin xəsarət aldığını söyləyib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumda 4 yaraqlı iştirak edib.