Yuxarı
    Bağlamaq

    Əfqanıstan İslam Partiyasının lideri 20 ildən sonra ölkəsinə qayıdıb

    Hikmətyarın mücahidləri vaxtikən sovetyönlü hökumətə qarşı mübarizədə fəal iştirak ediblər

    Bakı. 4 may. REPORT.AZ/ Əfqanıstan İslam Partiyasının (ƏİP) lideri Qulbəddin Hikmətyar 20 illik fasilədən sonra Kabilə qayıdıb.

    "Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

    Silahlı müxalifətin keçmiş başçılarından birinin paytaxta geri qayıtması ötən il onun rəhbərlik etdiyi siyasi partiya ilə əfqan hökuməti arasında əldə edilmiş sülh sazişi sayəsində mümkün olub.

    Onun mücahidləri SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi dövründə sovetyönlü hökumətə qarşı mübarizədə fəal iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi