Beş britaniyalı Əfqanıstanda həbsdən azad edilib

Beş britaniyalı Əfqanıstanda həbsdən azad edilib Radikal “Taliban” hərəkatı üzvlərindən formalaşdırılmış Əfqanıstan hökuməti ilə əməkdaşlıq çərçivəsində Əfqanıstanda beş Böyük Britaniya təbəəsi azad edilib.
Digər ölkələr
20 İyun , 2022 17:06
Beş britaniyalı Əfqanıstanda həbsdən azad edilib

Radikal “Taliban” hərəkatı üzvlərindən formalaşdırılmış Əfqanıstan hökuməti ilə əməkdaşlıq çərçivəsində Əfqanıstanda beş Böyük Britaniya vətəndaşı azad edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu beş nəfər Böyük Britaniya hökuməti ilə heç bir əlaqəsi olmayan şəxslərdir. Onlar hökumətin tövsiyələrinə məhəl qoymadan Əfqanıstana səfər ediblər. Onların həbsi yanlışlıq olub”, - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi