Yuxarı

​Əfqan silahlıları iki Tacikistan vətəndaşını qaçırıb

İnsident zamanı bir nəfər yaralanıb

Bakı. 25 mart. REPORT.AZ/ Əfqan silahlıları sərhədyanı ərazidə yolda işləyən iki tacik fəhləni oğurlayıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, insident zamanı daha bir nəfər yaralanıb.

Yerli hökumətdəki mənbə hücum edənləri qaçaqmalçılar kimi təqdim edib. Hadisə Şurabad rayonunda baş verib.

Mənbənin məlumatına görə, Tacikistan prezidenti Emomali Rahmon oğurlanan vətəndaşların azad edilməsi üçün bütün lazımi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi