Efiopiyanın Baş naziri üsyançılarla döyüşmək üçün cəbhəyə gedib

Efiopiyanın Baş naziri üsyançılarla döyüşmək üçün cəbhəyə gedib Efiopiyanın Baş naziri Abiy Əhməd səlahiyyətlərini müavininə təhvil verərək mərkəzi hökumətə qarşı üsyana başlayan Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə mübarizə aparmaq üçün cəbhəyə gedib.
Digər ölkələr
25 Noyabr , 2021 08:37
Efiopiyanın Baş naziri üsyançılarla döyüşmək üçün cəbhəyə gedib

Efiopiyanın Baş naziri Abiy Əhməd səlahiyyətlərini müavininə təhvil verərək mərkəzi hökumətə qarşı üsyana başlayan Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə mübarizə aparmaq üçün cəbhəyə gedib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Leqesse Tulu yerli KİV-ə açıqlama verib. O, Nobel sülh mükafatı laureatı, 45 yaşlı Baş nazirin cəbhəyə çatdığını açıqlayıb.

Tulu təhlükəsizlik səbəbindən Baş nazirin harada olması ilə bağlı məlumat verməyib. Bu mövzuda heç bir video və ya foto yayımlanmayacağını açıqlayıb.

Əhmədin səlahiyyətlərini üzərinə götürən baş nazirin müavini Demeke Mekonnen hökuməti paytaxt Əddis-Əbəbədən idarə edəcək.

Qeyd edək ki, Efiopiya hökuməti cənuba doğru irəliləyişlərini davam etdirən TPLF silahlılarının hücumları səbəbindən noyabrın 2-də ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Qruplaşmanın paytaxt Əddis-Əbəbəyə mümkün hücumlarına qarşı silahlı müdafiə qrupları yaradılıb.

Ölkənin şimalında bir ildən çoxdur davam edən münaqişələr təxminən 2,5 milyon insanı məcburi köçkün vəziyyətinə salıb, bölgədə 5 milyondan çox insanın yardıma ehtiyacı var.

Xatırladaq ki, Efiopiyanın Baş naziri 2019-cu ildə Nobel Sülh Mükafatı laureatı olub. O, Eritreya ilə sərhəd münaqişəsinin həllinə verdiyi töhfəyə görə bu mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi