Efiopiyada toqquşmaların gedişatında 86 nəfər həlak olub

Efiopiyada toqquşmaların gedişatında 86 nəfər həlak olub Ötən ayın sonunda Efiopiyada baş verən toqquşmalarda ən azı 86 nəfər həlak olub.
Digər ölkələr
3 Noyabr , 2019 23:10
Efiopiyada toqquşmaların gedişatında 86 nəfər həlak olub

Ötən ayın sonunda Efiopiyada baş verən toqquşmalarda ən azı 86 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi bildirib.

"Həlak olanlardan 82-i kişi, 4-ü qadındır", - deyə Abiya Əhməd bildirib. O, qeyd edib ki, ölənlərin əksəriyyəti Oromiya və Amhara əyalətlərinin sakinləridir.

Toqquşma qurbanları arasında xristianlar, müsəlmanlar da var". "Biz o qüvvələri dayandırmalıyıq, hansılar ki, irəli addım atanda bizi keçmişə qaytarmağa çalışırlar", - baş nazir deyib.

Efiopiyanın müxtəlif ərazilərində, ilk növbədə Oromiya əyalətində qarşıdurmalar oktyabrın 23-də başlayıb. Hakimiyyət orqanları yalnız 3 gün sonra vəziyyəti sabitləşdirməyə nail olub.

Son xəbərlər

Orphus sistemi