Efiopiyada saxlanılan BMT əməkdaşlarının sayı 16-a çatıb

Efiopiyada saxlanılan BMT əməkdaşlarının sayı 16-a çatıb Efiopiyanın paytaxtı Əddis-Əbəbədə BMT-nin əməkdaşları saxlanılıb.
Digər ölkələr
9 Noyabr , 2021 22:17
Efiopiyada saxlanılan BMT əməkdaşlarının sayı 16-a çatıb

Efiopiyada BMT-nin 16 əməkdaşı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrik əlavə edib ki, saxlanılan əməkdaşlardan 6-sı sonradan sərbəst buraxılıb.

"BMT onların dərhal azad edilməsini təmin etmək üçün Efiopiya hökuməti ilə əlaqədədir", - rəsmi nümayəndə əlavə edib.

21:02

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşları saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreşin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, beynəlxalq təşkilat öz əməkdaşlarının azad edilməsi tələbi ilə Efiopiya hökumətinə nota göndərib.

Qeyd edək ki, ötən həftə BMT-nin Baş katibi Efiopiyadakı vəziyyətdən narahatlığını ifadə edib və baş nazir Abiy Əhməd Əliyə dialoqa şərait yaratmaq üçün kömək təklif edib.

Hazırda Efiopiya ordusu ilə “Tıqray Xalq Azadlıq Cəbhəsi”nin qüvvələri arasında qarşıdurma davam edir. 1991-2018-ci illərdə Efiopiyada hakimiyyətdə olmuş "Tiqray Xalq Azadlıq Cəbhəsi" hazırkı baş nazir hakimiyyətə gəldikdən sonra müxalifətə keçib. Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.

Son xəbərlər

Orphus sistemi