Efiopiya və Qazaxıstan BMT Təhlükəsizlik Şurasının tərkibinə daxil olub

Efiopiya və Qazaxıstan BMT Təhlükəsizlik Şurasının tərkibinə daxil olub Onların səlahiyyət müddəti iki il çəkəcək
Digər ölkələr
3 Yanvar , 2017 23:05
Efiopiya və Qazaxıstan BMT Təhlükəsizlik Şurasının tərkibinə daxil olub

Bakı. 3 yanvar. REPORT.AZ/ Cari ilin 1 yanvar tarixindən Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveç BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri siyahısına daxil olub.

"Report" xəbər verir ki, onların səlahiyyət müddəti iki ildir.

Maraqlıdır ki, İsveç quruma daxil olan kimi Təhlükəsizlik Şurasının sədri postunda yer alıb.

BMT TŞ təşkilatın 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha 10 qeyri-daimi üzv Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi əvəzlənir.

Son xəbərlər

Orphus sistemi