Efiopiya daha 4 diplomatı ölkədən çıxarır
Digər ölkələr
- 24 noyabr, 2021
- 16:38
Efiopiya hakimiyyəti 4 irlandiyalı diplomatı ölkədən çıxarıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kouliyə istinadən məlumat yayıb.
Diplomatların qovulmasına səbəb İrlandiyanın Efiopiyada mövcud böhranla bağlı tutduğu mövqe olub. Efiopiya hakimiyyət orqanları tərəfindən bu qərara səbəb olan konkret hərəkətlərin təfərrüatları açıqlanmayıb.
Bu şəxslərin qovulması ilə Efiopiyada cəmi iki irlandiyalı diplomat qalıb.
Avropalı diplomatların ölkədən çıxarılması Efiopiya hakimiyyətinin bu ilin sentyabrın 30-da BMT-nin xüsusi xidmət orqanlarının 7 əməkdaşının Afrika ölkəsinin daxili işlərinə müdaxilə etdiyinə görə arzuolunmaz şəxs olduğunu elan etməsindən sonra baş verib.
Son xəbərlər
19:40
Foto
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib - YENİLƏNİB
Daxili siyasət19:28
Foto
Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər
Daxili siyasət19:26
Çexiya bu il Azərbaycanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasını keçirməyi planlaşdırır
Biznes19:24
Tramp: İran ABŞ ilə razılaşma əldə etmək istəyir, lakin buna hazır deyil
Digər ölkələr19:17
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
Digər ölkələr19:16
Foto
Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb
İncəsənət19:14
Azərbaycan millisinin Bolqarıstan, Litva və Malta ilə oyunları üçün heyəti müəyyənləşib
Futbol19:12
Tramp Yaxın Şərqdə müharibə bitdikdən sonra neft qiymətlərinin kəskin düşəcəyini gözləyir
Digər ölkələr19:10