Düşənbə MDB-nin 2021-ci ildə mədəniyyət paytaxtı elan edilib

Düşənbə MDB-nin 2021-ci ildə mədəniyyət paytaxtı elan edilib Düşənbə şəhərinin Opera və Balet teatrında Tacikistanın paytaxtının 2021-ci ildə rəsmən MDB-ın mədəniyyət paytaxtı elan olunması mərasimi keçirilib
Digər ölkələr
22 Mart , 2021 05:54
Düşənbə MDB-nin 2021-ci ildə mədəniyyət paytaxtı elan edilib

Düşənbə şəhərinin Opera və Balet teatrında Tacikistan paytaxtının 2021-ci ildə rəsmən MDB-nin mədəniyyət paytaxtı elan olunması mərasimi keçirilib.

Bu barədə “Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Proqramın əvvəlində MDB İcraiyyə Komitəsinin sədr müavini Beketcan Jumanqulov və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov çıxış edərək ətraflı məlumat veriblər. Onlar dövlətlərarası "Birliyin mədəniyyət paytaxtları" proqramının tarixindən bəhs ediblər və Düşənbə şəhərinin rəhbəri Rüstəm Emomaliyə Tacikistanın baş şəhərinin "Birliyin mədəniyyət paytaxtı-2021" sertifikatını təqdim ediblər.

Düşənbənin mədəniyyət paytaxt elan edilməsi münasibətilə Tacikistan paytaxtının nailiyyətləri haqqında qısametrajlı film göstərilib, həmçinin respublika və MDB-yə üzv ölkələrin sənət ustaları tərəfindən hazırlanmış mahnılardan, rəqslərdən ibarət bayram konserti olub.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın Qəbələ (2015-ci il) və Gəncə (2017-ci il) şəhərləri MDB-nin mədəniyyət paytaxtı elan edilib.

Son xəbərlər

Orphus sistemi