Yuxarı

Dünyanın ən yaşlı kişi sakini dünyasını dəyişib

112 yaşlı Yasutaro Koide ölüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Yaponiyada planetin ən yaşlı kişi sakini sayılan 112 yaşlı Yasutaro Koide ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun müalicə aldığı Naqoya şəhər xəstəxanasından məlumat veriblər.

Ölümün səbəbi xroniki ürək çatışmazlığı olub.

Qeyd edək ki, Y.Koide 1903-cü il martın 13-də Fukui prefekturasının Tsuruqa şəhərində anadan olub. O, Naqoyaya 107 yaşında ikən köçüb. Demək olar, olümünə qədər onun sağlamlığıyla əlaqədar heç bir ciddi problemi olmayıb və o, eynəksiz oxumağı bacarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi