Dünyanın ən yaşlı kişisi vəfat edib

Dünyanın ən yaşlı kişisi vəfat edib Dünyanın ən yaşlı kişisi, ispaniyalı Saturnino de la Fuerte 113-cü doğum gününə az qalmış vəfat edib.
Digər ölkələr
19 Yanvar , 2022 02:44
Dünyanın ən yaşlı kişisi vəfat edib
İspanyol Saturnino

Dünyanın ən yaşlı kişisi, ispaniyalı Saturnino de la Fuerte 113-cü doğum gününə az qalmış vəfat edib.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın EFE xəbər agentliyi məlumat yayıb.

İspaniyada yaşayan və Ginnesin "Rekordlar" kitabına görə dünyanın ən yaşlı kişisi olan Saturnino de la Fuerte fevralın 12-də 113 yaşını qeyd edəcəkdi.

Onun 8 övladı, 14 nəvəsi və 22 nəticəsi var.

Fuertenin dəfn mərasimi bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi