Yuxarı

Dünyanın ən təhlükəli narkotik qaçaqçısı yaralanıb

Kartel başçısı iyul ayında yealtı tunel vasitəsi ilə həbsxanadan qaçmışdı

Bakı. 21 oktyabr. REPORT.AZ/ Meksika rəsmiləri dünyanın ən təhlükəli narkotik qaçaqçısı hesab olunan Hoakin “El Çapo” Quzmanı ələ keçirməyə yaxındır.

"Report"un "Amerikanın Səsinə" istinadən verdiyi xəbərə görə, “El Çapo” adı ilə tanınan narkokartel başçısı həftə sonu Meksikanın şimal-şərqində keçirilən əməliyyat zamanı son anda qaçmağa müvəffəq olub.

Rəsmilər “El Çapo”nun Sinaloa dağlarında Meksika dəniz piyadalarından uzaqlaşdığı zaman ayağı və üzündən xəsarət aldığını bildiriblər.

Kartel başçısı iyul ayında yealtı tunel vasitəsi ilə həbsxanadan qaçmışdı. 

Bu hadisədən sonra Enqike Penya Nieto höküməti narkokartel başçısının Birləşmiş Ştatlara təhvil verilməsi ilə bağlı mövqeyini dəyişib və bəyan edib ki “El Çapo” ələ keçirildiyi an ekstradisiya olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi