Bakı. 27 avqust. REPORT.AZ/ "Global Emotions"un apardığı yeni qlobal tədqiqatda dünyanın ən emosional xalqlarının reytinqi yer alıb.
"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, tədqiqat dünyanın 148 ölkəsinin emosional insanlarını xarakterizə edir. Ölkələrin sıralanması respondentlərə verilən sualların cavabı əsasında aparılıb.
Reytinqin nəticəsinə görə, ən emosional insanlar Latın Amerikasında yaşayır. İlk onluqda həmçinin Nikaraqua, Qvatemala, Kolumbiya, Kosta-Rika və Qonduras da yer alıb.
Ən təmkinli xalq kimi Banqladeş sakinləri hesab edilib. Siyahıda həmçinin Gürcüstan, Azərbaycan, Monqolustan və Sudanın da adı var.
Reytinqin tərtib edilməsi üçün "Gallup" şirkətinin mütəxəssisləri hər bir ölkədə şəxsi və telefon müsahibəsi zamanı orta hesabla 1000 respondentə müraciət edib. Ümumilikdə, 153 minədək müsahibə aparılıb.