Dünyanın 37 ölkəsi Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir

Dünyanın 37 ölkəsi Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir ABŞ və daha 36 ölkə Rusiya və Belarusun beynəlxalq yarışlara ev sahibliyi hüququndan məhrum edilməsi də daxil olmaqla, yüksək performanslı idman növləri üzrə Moskva və Minskə qarşı tədbir görülməsinə çağırıb.
Digər ölkələr
9 Mart , 2022 04:16
Dünyanın 37 ölkəsi Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir

ABŞ və daha 36 ölkə Rusiya və Belarusun beynəlxalq yarışlara ev sahibliyi hüququndan məhrum edilməsi də daxil olmaqla, yüksək performanslı idman növləri üzrə Moskva və Minskə qarşı tədbir görülməsinə çağırıb.

“Report” xəbər verir ki, müvafiq bəyanat Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılıb.

Bu sənədə əsasən, hazırkı təşəbbüsün iştirakçıları Rusiya və Belarusa beynəlxalq idman tədbirlərinin keçirilməsinə icazə verilməməsini müdafiə edirlər. Bildirilib ki, Rusiya və ya Belarus dövləti ilə əlaqələri olan qurumların sponsorluq və digər maliyyə dəstəyini məhdudlaşdırmaq lazımdır.

Sənədi Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Koreya Respublikası, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, ABŞ, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə, İsveç, Estoniya və Yaponiya imzalayıb.

Son xəbərlər

Orphus sistemi