Dünyada təxminən 160 dövlət ölüm cəzasını tətbiq etmir

Dünyada təxminən 160 dövlət ölüm cəzasını tətbiq etmir BMT İnsan Haqları Şurasının 28-ci sessiyasında ölüm cəzasının tətbiqilə bağlı məsələ müzakirə olunub
Digər ölkələr
5 Mart , 2015 12:10
Dünyada təxminən 160 dövlət ölüm cəzasını tətbiq etmir

Bakı. 5 mart. REPORT.AZ/ BMT-nin İnsan Haqları Şurasının 28-ci sessiyasında ölüm cəzasının tətbiqi haqqında məsələ müzakirə olunub. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, Cenevrədə toplantı iştirakçıları qarşısında çıxış edən BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şimonoviç qeyd edib ki, bu gün təxminən 160 ölkə ölüm cəzasını ümumiyyətlə ləğv edib və ya ölüm hökmünün icrasına moratorium tətbiq ediblər. Onun sözlərinə görə, son zamanlar ölüm cəzasının yenidən tətbiq olunması tendensiyaları müşahidə olunur.

"Uzun illər boyunca ölüm cəzasından imtinanın lehinə müşahidə olunan tendensiyalardan sonra, 2013-cü ildə edamların və bu cəza növündən istifadə edən ölkələrin sayı yenidən artıb. Bəzi dövlətlər bunu əhalinin əksəriyyətinin istədiyini deyir və ona haqq qazandırırlar. Digərləri hesab edirlər ki, bu növ cəzasız terrorizm və narkotik alverinin öhdəsindən gəlmək artıq mümkün deyil", - İvan Şimonoviç bildrib. 

Öz çıxışında o xatırladıb ki, ilk olaraq bu cəza növündən hələ 1867-ci ildə Venesuela imtina edib. O vaxtdan dünyanın bir çox ölkələri öz cinayət məcəllərindən ölüm cəzasını çıxarıblar. Hazırda ölüm cəzasının ləğv olunması məsələsində Avropa İttifaqı liderlik edir. Belə ki, Aİ ölüm cəzasından imtina haqqında məsələni təşkilata üzv olmaq üçün şərt kimi qoyub. Nəticədə son 16 il ərzində Şuranın 47 üzv ölkəsində bir dənə ölüm hökmü verilməyib. 

Son xəbərlər

Orphus sistemi