Yuxarı

​Dünyada taxıl ehtiyatları həcmi son 29 ildə maksimuma çata bilər

Taxıl ehtiyatları 455 mln. ton səviyyəsində proqnozlaşdırılır

Bakı. 22 yanvar. REPORT.AZ/ Beynəlxalq Taxıl Şurası (IGC) analitiklərinin yenilənmiş proqnozlarına əsasən, 2015/16-ci illər mövsümünün sonunda dünyada taxıl ehtiyatları həcmi son 29 il ərzində ən yüksək səviyyəyə çata bilər.

"Report" xəbər verir ki, taxıl ehtiyatları 455 mln. ton səviyyəsində proqnozlaşdırılır ki, bu da ekspertlərin əvvəlki qiymətləndirməsini 1 mln. ton qabaqlayır və ötən mövsümün göstəricisindən 8 mln. ton artıqdır.

2015/16-cı illər mövsümündə dünyada taxıl istehsalı 1,992 mlrd. ton səviyyəsində gözlənilir ki, bu da IGC-nin əvvəlki qiymətləndirməsindən 4 mln. ton aşağıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi