Dünyada pandemiya qurbanlarının sayı 260 mini ötdü

Dünyada pandemiya qurbanlarının sayı 260 mini ötdü Dünyada koronavirus qurbanlarının sayı 261 097 nəfərə çatıb.
Digər ölkələr
6 May , 2020 20:19
Dünyada pandemiya qurbanlarının sayı 260 mini ötdü

Dünyada koronavirus qurbanlarının sayı 261 097 nəfərə çatıb.

“Report” xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (72 767), Böyük Britaniya (28 650), İtaliya (30 076), İspaniya (25 857) və Fransada (25 531) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3,7 milyonu ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi