Bakı. 7 noyabr. REPORT.AZ/ İnkişaf etmiş ölkələrdə orta uzunömürlülük müddəti 80 ilədək artıb.
"Report" xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatında bildirilir.
Məlumata görə, daha çox yaponlar və ispanlar yaşayırlar - 83 il. Siyahıda onların ardınca İsveçrə, İtaliya və Fransa qərarlaşıb.
Ən nikbin tendensiyanı Türkiyə nümayiş etdirib. Orada son bir neçə on il ərzində uzunömürlülük 20 il artıb.