Dünyada koronavirusdan ölüm halları səngiyib

Dünyada koronavirusdan ölüm halları səngiyib Son 1 həftədə dünyada 37,7 min insan koronavirusun qurbanı olub. Bu, daha öncəki həftənin eyni göstəricisi ilə müqayisədə 10 % daha azdır
Digər ölkələr
22 Sentyabr , 2020 10:36
Dünyada koronavirusdan ölüm halları səngiyib
0 : 00
0 : 00

Son 1 həftə ərzində dünyada 37,7 min insan koronavirusun qurbanı olub. Bu, daha öncəki həftənin göstəricisi ilə müqayisədə 10 % daha azdır.  

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 21-də dərc olunan hesabatında bildirilib.

Qeyd olunub ki, ən ağır epidemioloji vəziyyət Şimali və Cənubi Amerikada müşahidə olunur. Burada indiyədək yoluxanların ümumi sayı 15 milyonu ötüb. Belə ki, son 1 həftədə Şimali və Cənubi Amerikada koronavirusa yoluxanların sayı öncəki həftə ilə müqayisədə 38 % artıb. Eyni dövr ərzində ölüm hallarının sayı isə 22 % azalıb.  

Avropada isə son 1 həftədə ölüm göstəricisi əhəmiyyətli şəkildə, 27 % artıb. Bildirilib ki, indiyədək 5,2 milyon avropalıda COVID-19 aşkarlanıb, onlardan 360 mini virusa qalib gələ bilməyib.

Cənub-Şərqi Asiyada son 7 gündə 700 minə yaxın insana koronavirus diaqnozu qoyulub. Regionda qeydə alınmış yoluxma hallarının sayı 6,1 milyona yaxınlaşıb. Ölənlərin sayı 101 mini ötüb, eyni zamanda yoluxanların sayının artımı 9,3 min təşkil edib.  

Son xəbərlər

Orphus sistemi