Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 900 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 900 mini ötdü Dünyada koronavirus qurbanlarının sayı 320 mini ötüb.
Digər ölkələr
19 May , 2020 11:49
Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 900 mini ötdü
0 : 00
0 : 00

Dünyada koronavirus qurbanlarının sayı 320 mini ötüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilib ki, pandemiya ərzində COVID-19 infeksiyasının qeydə alındığı ölkələrdə virusdan ölənlərin ümumi sayı 320 313 nəfər təşkil edir.

Bundan başqa, dünyada ümumilikdə 4 904 299 insan koronavirusla bağlı analizlərin müsbət nəticəsini alıb, COVID-19-a yoluxmuş 1 915 386 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi