Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu ötdü Dünyada koronavirusa yoluxan 14 795 803 nəfər sağalıb, 777 470 nəfər isə virusdan ölüb
Digər ölkələr
18 Avqust , 2020 10:09
Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu ötdü
0 : 00
0 : 00

Dünyada koronavirusa yoluxan 14 795 803 nəfər sağalıb, 777 470 nəfər isə virusdan ölüb.

“Report” xəbər verir ki, indiyədək 22 052 763 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (5 612 027), Braziliyada (3 363 235) və Hindistanda (2 703 517) qeydə alınıb.

Qeyd edək ki, avqustun 17-nə olan məlumata görə, Azərbaycanda indiyədək 34 343 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 32 042 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 508 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 250 542 nəfər yoluxub, 5 996 nəfər ölüb. Rusiyada indiyədək 927 745 nəfərdə koronavirus aşkarlanıb, onlardan 736 101-i sağalıb, 15 740-ı ölüb. İranda isə 345 450 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 19 804 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1 351-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 41 701 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 34 655 nəfər sağalsa da, 824 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi