Koronavirus qurbanlarının sayı ilə bağlı son statistika açıqlandı

Koronavirus qurbanlarının sayı ilə bağlı son statistika açıqlandı Ayrı-ayrı ölkələrin, habelə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının informasiyalarına əsasən hesablamalar aparan Cons Hopkins Universiteti dünyada koronavirusla bağlı yeni statistikanı açıqlayıb.
Digər ölkələr
5 May , 2020 04:09
Koronavirus qurbanlarının sayı ilə bağlı son statistika açıqlandı

Ayrı-ayrı ölkələrin, habelə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının informasiyalarına əsasən hesablamalar aparan Cons Hopkins Universiteti dünyada koronavirusla bağlı yeni statistikanı açıqlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, dünyada koronavirusa yoluxmadan ölənlərin sayı 250 134 nəfərə çatıb.

Tədqiqat təşkilatının məlumatına görə, ölümlərin ən böyük sayı ABŞ-da (demək olar, 68,4 min), İtaliyada (29 min), İspaniyada (təxminən 25,3 min), Böyük Britaniyada (28,8 min) və Fransada (24,9 min) qeydə alınıb.

Dünyada koronavirusa 3,5 milyondan çox insan yoluxub. ABŞ bu göstərici üzrə də öndədir. Birləşmiş Ştatlarda COVID-19-a 1 176 905 yoluxma qeydə alınıb. Siyahıda ikinci yerdə İspaniya qərarlaşıb. Bu ölkədə 217 466 nəfər virusa yoluxub. İtaliya (211 938) və Böyük Britaniya (191 831) da dünyanın COVID-19-un ən çox yayıldığı ölkələr siyahısındadırlar.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi