Dünya üzrə 1,5 milyard koronavirus peyvəndi vurulub

Dünya üzrə 1,5 milyard koronavirus peyvəndi vurulub Pandemiyanın başlanğıcından bəri 3 399 793 nəfər infeksiyanın yaratdığı ağırlaşmalardan ölüb
Digər ölkələr
19 May , 2021 11:57
Dünya üzrə 1,5 milyard koronavirus peyvəndi vurulub

İndiyə qədər dünya üzrə koronavirus əleyhinə 1 507 616 196 peyvənd vurulub.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin (Johns Hopkins University) yayıdığı məlumatlarda deyilir.

Universitetin məlumatına görə, dünya üzrə COVID-19-a ümumilikdə 163 963 931 insan yoluxub. Pandemiyanın başlanğıcından bəri 3 399 793 nəfər infeksiyanın yaratdığı ağırlaşmalardan ölüb.

Ən çox yoluxma ABŞ-da qeydə alınıb – 32 996 786 nəfər. Xəstələrdən 587 203-ü ölüb.

Hindistan yoluxma sayına görə dünyada ikinci yeri tutur – 25 228 996 xəstə. Bunlardan 208,330 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi