Yuxarı

​Dünya müsəlman alimləri uyğurlarla bağlı Çin hakimiyyətinə müraciət edib

Sincan-Uyğur Muxtar Bölgəsində müsəlmanlara qarşı davamlı olaraq dini və etnik əlamətə görə edilən zülm qanunlara ziddir

Bakı. 25 iyun. REPORT.AZ/ "Sincan-Uyğur Muxtar Bölgəsində müsəlmanlara qarşı davamlı olaraq dini və etnik zəmində edilən zülm həm beynəlxalq, həm də Çinin yerli qanunlarına ziddir".

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Dünya Müsəlman Alimləri Birliyinin müraciətində bildirilir.

Birlik Çin hakimiyyətindən müsəlmanlara qarşı tətbiq edilən özbaşınalığa, qanunsuzluğa son qoymağa, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumları bu ölkədəki müsəlmanların haqqının qorunması üçün lazımi tədbirlər görməyə çağırıb.

"Çin hakimiyyətinin yürütdüyü siyasət özünün təsdiqlədiyi 1949-cu ildə qəbul edilmiş IV Cenevrə Konvensiyasına ziddir. Bu isə müasir beynəlxalq hüququn təməl prinsiplərinin pozulmasıdır", - müraciətdə bildirilib.

Qeyd edək ki, Çin hakimiyyəti uyğurların dini ayinlərinin icrasına müxtəlif maneələr yaradır, qadağalar tətbiq edir. Belə ki, Ramazan ayında müəllimlərə, məmurlara və tələbələrə oruc tutmaq qadağan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi