Dünya İqtisadi Forumu Rusiya ilə əlaqələrini dondurub

Dünya İqtisadi Forumu Rusiya ilə əlaqələrini dondurub Davosdakı Dünya İqtisadi Forumu Rusiya ilə əlaqələrini donduraraq bu ölkələrin oliqarxlarına bağlı olan qurumlarla strateji tərəfdaşlığı dayandırır.
Digər ölkələr
9 Mart , 2022 18:10
Dünya İqtisadi Forumu Rusiya ilə əlaqələrini dondurub

Davosdakı Dünya İqtisadi Forumu (WEF) Rusiya ilə əlaqələrini donduraraq strateji tərəfdaşlığı dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, WEF sözçüsü Amanda Russo bununla bağlı bildirib: “Biz sanksiya tətbiq olunan hər hansı şəxslərlə əməkdaşlıq etmir və Rusiya təşkilatları ilə əlaqələrimizi dondurduq”.

WEF ABŞ, Avropa İttifaqı, İsveçrə tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara əməl etmək, yəni sözügedən ölkənin bankları və neft şirkətləri ilə əlaqələri dayandırmaq öhdəliyini daşıyır.

Son xəbərlər

Orphus sistemi