Dünya İqtisadi Forumunun onlayn toplantıları başlayıb

Dünya İqtisadi Forumunun onlayn toplantıları başlayıb Dünya İqtisadi Forumunun onlayn toplantıları işə başlayıb. Yığıncaq "2022 Davos gündəmi" adı altında keçirilir.
Digər ölkələr
17 Yanvar , 2022 13:40
Dünya İqtisadi Forumunun onlayn toplantıları başlayıb

Dünya İqtisadi Forumunun onlayn toplantıları işə başlayıb. Yığıncaq "2022 Davos gündəmi" adı altında keçirilir.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, toplantıda bir çox ölkədən siyasətçi, akademik, iş adamı iştirak edir.

Onlayn formatda keçirilən konfransda Çin Prezidenti Si Cinpin, BMT-nin Baş katibi Antonio Quttereş, Avropa İttifqa Komissiyasının rəhbəri Ursula von der Leyen, Hindistanın Baş naziri Narenda Modi, İsrailin Baş naziri Naftali Bennet və başqaları əsas məruzəçilərdir.

Qlobal iqtisadi vəziyyət, koronavirusla bağlı durum, iqlim dəyişikliyi, IV Sənaye İnqilabında texnoloji əməkdaşlıq gündəmin əsas mövzularıdır.

Qeyd edək ki, Dünya İqtisadi Forumu koronavirus pandemiyası səbəbindən yay aylarına təxriə salınıb.

Son xəbərlər

Orphus sistemi