Yuxarı

Dünya Humanitar Sammitində böhran vəziyyətlərində təhsilin təmin edilməsi üçün xüsusi fondun yaradıldığı elan edilib

YUNİSEF bu fonda 3,85 milyard ABŞ dolları toplamaq niyyətindədir

Bakı. 24 may. REPORT.AZ/ İstanbulda keçirilən Dünya Humanitar Sammitində "Təhsil gözləmir" adlı yeni fondun yaradıldığı elan edilib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, fondun məqsədi fövqəladə vəziyyətlərdə və uzunsürən böhran şəraitində qalmış uşaq və gənclərin təhsili üzrə layihələrin maliyyələşdirilməsini təmin etməkdir.

BMT-nin Uşaq Fondu (YUNİSEF) yaxın beş ildə fövqəladə humanitar vəziyyət - münaqişələr, təbii fəlakətlər və digər böhranlar şəraitinə düşmüş 13,6 milyon uşağa təhsil sektorunda yardım məqsədilə bu fonda 3,85 milyard ABŞ dolları toplamaq niyyətindədir.

Ümumiyyətlə, bu gün dünyada məktəb yaşlı uşaqların təxminən dörddə biri - 462 milyon nəfər fövqəladə humanitar vəziyyət şəraitində yaşayır. Vətəndaş münaqişələri, təbii fəlakətlər və digər böhranlardan zərər çəkmiş ölkələrdə 3-18 yaş arası uşaqların 75 milyondan çoxu təhsil sahəsində təcili yardıma ehtiyac duyur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi