Dünya Bankı "Şərq-Qərb" avtomobil yolunun tikintisinə əlavə olaraq 16,9 milyon avro ayırıb

Dünya Bankı "Şərq-Qərb" avtomobil yolunun tikintisinə əlavə olaraq 16,9 milyon avro ayırıb Tbilisi. 5 dekabr. REPORT.AZ/ Dünya Bankı Şərq-Qərb avtomobil yolunun genişləndirilməsi üçün əlavə vəsaitin ayrılması barədə qərar qəbul edib.
Digər ölkələr
5 Dekabr , 2017 22:30
Dünya Bankı Şərq-Qərb avtomobil yolunun tikintisinə əlavə olaraq 16,9 milyon avro ayırıb

Tbilisi. 5 dekabr. REPORT.AZ/ Dünya Bankı "Şərq-Qərb" avtomobil yolunun genişləndirilməsi üçün əlavə vəsaitin ayrılması barədə qərar qəbul edib.

"Report"un Gürcüstan bürosu bu ölkənin Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Dünya Bankı bu məqsəd üçün 16,9 milyon avro ayıracaq. 

Bununla əlaqədar olaraq müvafiq sənəd imzalanıb. Bu vəsait hesabına Gürcüstanın Çumateleti rayonu ərazisindən keçən 11 kilometrlik iki zolaqlı yol yenidən qurulacaq və yol genişləndirilərək dördzolaqlı olacaq.

Yolun tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi